23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Müdafiəçi 100 metrdən gələn ötürmənin qarşısını ala bilmirsə, buna hakim neyləsin?”

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Əfran İsmayılov “İnter”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Ardıcıl uğurlu oyunlardan sonra “Xəzər Lənkəran” “İnter”ə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun gərgin keçdi. Biz uğur qazanmaq üçün əlimizdən gələni etdik. Lakin uzun müddət qol vura bilmədik. Rəqib ağıllı oynayıb, qələbə qazandı. “İnter”i təbrik edirəm.

- Yenilginin səbəbini nədə görürsən?

- Müdafiədəki kobud səhvləri qeyd edə bilərəm. Arxa xətdə müəyyən səhvlər oldu və bu da nəticəyə birbaşa təsir etdi.

- Komanda yoldaşlarından bəziləri hakimdən gileylənirdi. Razısan onlarla?

- Müdafiəçi 100 metrdən gələn ötürmənin qarşısını ala bilmirsə, buna hakim neyləsin? Hakim səhvlərindən söhbət belə gedə bilməz. Biz hakimdən danışmamalıyıq, fikrimizi cəmləşdirib səhvlərimizi düzəltməliyik. Fikirləşməliyik ki, bu səhvlərin qarşısını alaq. Hər oyunda müdafiədə belə kobud səhvlər olur. Bunun acısını yaşayırıq. Rəqiblərimiz xal itirdi, bundan gözəl nə ola bilərdi ki?

- Qarşıdan “Neftçi” ilə oyun gəlir...

- Həqiqətən də indi bizi ardıcıl iki ağır - "Neftçi" və "Qəbələ" ilə oyunlar gözləyir. Danışmağa çox şey var...

- Onda qayıdaq “İnter”lə oyuna.Razısan ki, "Xəzər Lənkəran" oynadı, amma "İnter" qazandı?

- Oynamaq lazım deyil, qələbə qazanmaq lazımdı. Pis oynayaq, amma qalib gələk. Avrokuboklara getmək istəyirik, rəhbərlik bizə hər cür şərait yaradır, hər məşqimizə gəlirlər. Komandanı Bakıda saxlayırlar. Futbolçular nə istəyir, rəhbərlik də edir. Lənkərana yalnız oyundan-oyuna gedirik. Bizi orada saxlamırlar ki?

- Əfran, sən də bu komandanın üzvüsən və məğlubiyyətdə sənin də günahın var.

- Bütün komanda günahkardır. Onu demək istəyirəm ki, hər dəfə müdafiənin ucbatından uduzuruq. Bu sözümün də arxasında dururam. Gedib araşdırsaq, görərik ki, ancaq onlara görə xal itiririk. Bunlar hamısı müzakirə olunub, amma yenə də eyni şey olur. Artıq bu səhvlərin söhbətini başqa adamlar etməlidir. Hamı da görür ki, kimlər səhv edir. Bu qədər də səhv olmaz. Neçə dəfə eyni səhv edirik. Rəhbərlik komandanı Bakıda saxlayır, bizlə maraqlanır, maaşımızı, mükafatımızı vaxtı-vaxtında verirlər. Bundan artıq futbolçular nə istəyir axı?

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30