24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Bir o qalmışdı ki, “Neftçi”ni İŞID-la səhv salsınlar”

“Neftçi” prezidentinin müşaviri Elnur Əşrəfoğlu açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, o, açıqlamasında millimizin oyunu zamanı “Neftçi” azarkeşləri ilə polis arasında yaşanan insidentə münasibət bildirib: “Neftçi” azarkeşləri hər zaman milliyə dəstək olmaq üçün stadiona yollanırlar. Onlar özləri ilə Azərbaycan bayrağı götürür, matç zamanı komandamızı qələbəyə ruhlandıracaq şüarlar səsləndirirlər. Əgər stadionda heç bir qayda pozuntusu yoxdursa, kənar şüarlar səslənmirsə, polisin azarkeşlərə qarşı kobud davranması düzgün deyil. Problem polisdədir. Buna kimi də dəfələrlər bu oxşar hadisələrlə qarşılaşmışıq”.

Polislərin “Neftçi”nin bayrağının İŞID bayrağı ilə səhv salmaları haqda Əşrəfoğlu deyib: “Neftçi”nin bayrağı İŞID-ın bayrağı ilə səhv salına bilməz. Bizim bayraq ağ-qaradı. “Neftçi”nin bayrağında fərqli, özünəməxsus loqo da var. “Neftçi” İŞID olsaydı, qarşısında heç kim dayana bilməzdi. Bir o qalmışdı ki, bizi İŞID-la səhv salsınlar”.

Mənbə: Sportpress.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30