20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qara Qarayev: “Foqtsun dövründəki komandadan əsər-əlamət yox idi” (Müsahibə)

Milli komandamızın üzvü Qara Qarayev Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız Avro-2016-nın seçmə mərhələ oyununda Norveçə 0:1 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Millidə baş məşqçi dəyişikliyi oldu. Bu dəfə özümüzü göstərmək, meydandan 3 xalla ayrılmaq istəyirdik. Lakin alınmadı. Buna görə çox təəssüflənirəm. İndi növbəti oyunlara hazırlaşmalıyıq.

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- Ciddi bir səbəb yoxdur. Rəqib bizdən üstün deyildi. Sadəcə olaraq, ani diqqətsizlik etdik və nəticədə də qapımızda qol gördük.

- Əsas heyətdən kənarda qalmağın sənə təəccüblü gəlmədi?

- Bu haqda nəsə deməyim düzgün olmaz. Qərarı baş məşqçi qəbul edir. Mən də onun qərarına hörmətlə yanaşıram.

 - Meydana start heyətində çıxsaydın nə dəyişəcəkdi?

- Bütün oyun meydanda olaydım, bu, özümə faydalı olardı. Amma heç kim təminat verə bilməz ki, mən start heyətində yer alsaydım qələbə qazanacağdıq.  

- Oyunun sonlarına yaxın aqressiv təsir bağışlayırdın. Bunun səbəbi nə idi?

- Meydana ikinci hissədə daxil olmuşdum. Komanda yoldaşlarımı ruhlandırmağa çalışırdım. Hesabda geridə idik. Çalışırdım ki, komandanı motivasiya edim, qol vuraq. Təəssüf ki, alınmadı.

- Foqtsun çalışdırdığı milli ilə indiki komandanı müqayisə etsək, hansı fərq ortaya çıxar?

- Norveçə qarşı oynayan yeni komandaydı. Əvvəlki komandadan əsər-əlamət yox idi. Foqtsun çalışdırdığı komandaya baxanda, bu dəfə meydanda fərqli nüanslar var idi. Komanda daha çox hərəkətdə idi. Amma geniş müqayisə aparmaq istəmirəm.

- Komandanın bu dəfə fərqli oynamasını Mahmud Qurbanov amili ilə əlaqələndirmək olar?

- Əlbəttə. Mahmud bəyi hamımız yaxşı tanıyırıq. Anlaşma baxımından heç bir problem yox idi. Hər kəs eyni dildə danışırdı.

- Millinin baş məşqçi məsələsi hələ də açıq qalır...

- Bu haqda nəsə deyə bilmərəm, Kim gəlir, gəlsin. Fərq etməz. Biz başımızı aşağı salıb, öz işimizi görməliyik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30