23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Çalışdıq ki, hücum futbolu oynayaq”

“İlk dəqiqələrdən çalışdıq ki, hücum futbolu oynayaq. Topa biz nəzarət edirdik. Hücumlar qurmağa cəhd etsək də, rəqib müdafiəyə çəkilmişdi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

Norveçlə oyun haqda danışan təcrübəli futbolçu, nəticəyə görə təəssüflənib: “Künc zərbəsindən buraxdığımiz qol rəqibin işinə çox yaradı. Sonra da əks-hücumlara bel bağladılar. Nəticəni dəyişmək üçün çox çalışsaq da, təəssüf ki, alınmadı”.

“Berti Foqtsun, yoxsa Mahmud Qurbanovun formalaşdırdığı heyət daha yaxşı idi” sualını Rəşad Sadıqov belə cavablandırıb: “Heç kəsi müqayisə etmək istəməzdim. Berti Foqts 6 il burada işlədi və bizə çox xeyir verdi. Nəticələr qazanmışiq, rekordlarımız olub. Mahmud Qurbanovdan bizdən daha çox hücumda olmağı, topla oynamağı istəmişdi. Bu gün komandamız çox istəkli oynayırdı. Azarkeşlər qarşısında yaxşı nəticə əldə etmək istəyirdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30