18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Georgi Çixradze: “Neftçi” ilə oyunda vəziyyəti düzəltməliyik” (Müsahibə)

“Simurq”un baş məşqçisi Georgi Çixradze Futbolxeber.az saytına müsahibə verib.

- “İnter”ə qarşı baş tutan yoxlama oyununda komandanız meydandan qolsuz heç-heçə ilə ayrıldı. Görüş barədə nə deyə bilərsiniz?

- Həmin oyun bizim üçün çox faydalı oldu. Bu cür fasilələrdə yoxlama oyunu mütləqdi. Yaxşı oyun alındı. Təbii ki, tam heyətlə mübarizə apara bilmədik. Millidə olan, eləcə də zədədən əziyyət çəkən futbolçularımız var idi. İnanıram ki, qarşılaşmanın bizə xeyri dəyəcək.

- Komanda meydanda tapşırıqlarınızı tam yerinə yetirə bildi?

- Oyundan razı qaldım. Yeganə çatışmayan məqam qol idi. Bunun üçün də hər iki tərəf cəhd edirdi. Həm bizim, həm də “İnter”in fərqlənmək üçün şansı var idi. Qol vura bilməsək də, ən azından buna cəhd edirdik, rəqib qapısı qarşısında təhlükə yarada bilirdik. Məni razı salam məqamlar o idi ki, müdafiədən hücuma yaxşı keçirdik. Kompakt şəkildə müdafiə olunurduq. Bir sözlə, oyun baxımından komandamın çıxışından razıyam.

- “Simurq”un geridə qalan müddətdə cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?

- Müəyyən narazılıqlarım var. Bəzi oyunlarda lazımsız xallar itirdik. Elə oyun olub ki, heç nədən uduzmuşuq. Halbuki nəticə fərqli olmalıydı. Amma oyun baxımından ciddi narazılıqlarım yoxdur. Komanda pis futbol sərgiləmir. Adi səhvlər üzündən itirilən xallar olmasaydı, daha çox razı qalardım.

- Bu cür xal itkilərin səbəbini nədə görürsüz?

- Bunu itkilərlə əlaqələndirərdim. Cəzalı və ya zədəli futbolçularımız olanda bu, komandanın oyununa çox böyük təsir göstərir.

- Razısız ki, geridə qalan müddətdə “Simurq” qeyri-stabil çıxış edib?

- Müəyyən dərəcədə qeyri-stabilliyin olduğunu söyləmək mümkündür. Buna da bayaq dediyim faktorlar təsir göstərir. Problem ondadır ki, bizim ehtiyat oyunçular skamyamız çox qısadır. Əsas heyət üzvlərindən hansısa cəzalananda, ya da zədələnəndə əziyyət çəkirik. Hər oyunda radikal dəyişikliklər etmək, heyəti dəyişmək imkanımız yoxdur. Məncə, nəticə baxımından narazılıqlar olsa da, oyun baxımından vəziyyət elə də pis deyil. Qələbə qazana bilmədiyimiz oyunlarda çox qol şansı yaxalasaq da, dəyərləndirə bilməmişik. Əvəzində heç nədən qol buraxaraq, vacib xallar itirmişik.

- Qarşıda “Simurq”u “Neftçi” ilə oyun gözləyir. Bu oyunda “Simurq” azarkeşlərini sevindirə biləcək?

- Bizi “Neftçi”yə qarşı maraqlı oyun gözləyir. Evdə oynayırıq. Görüşə çox yaxşı hazırlaşırıq. Bu oyunda vəziyyəti düzəltməliyik. Uğur qazanmaq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30