28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"dən Braziliya səfirliyinə təbrik məktubu

“Neftçi” PFK Braziliyanın Azərbaycandakı Səfirliyinə bu ölkənin Respublika elan olunmasının 125 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Futbolxeber.az-ın məlumatına görə, klub rəhbərliyi adından göndərilmiş məktubda Braziliya xalqının 15 noyabr - Respublika Günü bayramı təbrik edilib. Qeyd olunub ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da braziliyalı futbolçulara üstünlük verilir. Təsadüfi deyil ki, “Neftçi” PFK-ya transfer olunan futbolçuların arasında Braziliya vətəndaşları çoxluq təşkil edir. Bundan başqa Azərbaycan və Braziliya dövlətləri arasında inkişaf edən əlaqələrin yüksək səviyyədə olması da məktubda vurğulanıb. Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Luis Bento Fernandez Alcazara üzərində “Neftçi”nin kapitanı, braziliyalı futbolçu Flavinyonun, eləcə də komandanın digər üzvlərinin imzası olan top hədiyyə olunub.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31