19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Barselona"nın düşərgəsi Bakıda fəaliyyətə başlayır

Ölkəmizdə ilk dəfə olaraq, İspaniyanın "Barselona" klubunun düşərgəsi Bakıda  fəaliyyətə başlayacaq. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, düşərgə "İnter" klubunun nəzdində, "İnter Arena"da (Şəfa stadionu) açılacaq. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş arasında istənilən uşaq "Barselona"nın düşərgəsində iştirak edə biləcək.

Düşərgənin açılış mərasimi və mətbuat konfransı noyabrın 17-i, saat 15:00-da "İnter Arena"da keçiriləcək. Tədbirdə Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols, həmçinin, "İnter"in vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.

Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi vardır. Konfransda qonaqlar Azərbaycanda "Barselona"nın düşərgəsi haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu  layihə haqda ətraflı məlumat verəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30