24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Georgi Adamiya: “Qarabağ” axır ki istəyinə çatdı” (Müsahibə)

Uzun illər Azərbaycanda çıxış etmiş, “Neftçi”, “Qarabağ”, “Bakı”, “İnter” klublarında forma geyən, hazırsa Bakıda olan Georgi Adamiya Futbolxeber.az saytına müsahibə verib.

- Bakıya budəfəki gəlişinin səbəbi nədir?

- Bunun özəl bir səbəbi yoxdur. Çoxdandır Bakıda olmurdum. Ona görə də vaxt tapıb, dostlarımı görmək qərarına gəldim. Belə deyim də, bu dəfə Bakıya turist kimi gəlmişəm (gülür).

- Canlı olaraq stadiondan “İnter” - “Simurq” görüşünü izlədin. Oyun xoşuna gəldi?

- Maraqlı oyun idi. Qol vurulmasa da, meydanda mübarizə vardı. Adi yoxlama görüşü olsa da, hər iki tərəf qələbə qazanmaq arzusundaydı.

- Səhv eləmirsəmsə, karyeranı hələ bitirməmisən...

- Hələ bitirməmişəm. Hazırda “Sioni”nin futbolçusuyam. Müqaviləm başa çatmaq üzrədir. Sonrasına baxacağıq.

- Azərbaycana geri qayıtmaq istəmirsən?

- Məndən olsa, istəyərəm. Amma tək mənim istəyimlə iş bitmir axı. Gərək dəvət edən olsun.

- Yəqin ki, təklif olsa qəbul edərsən.

- Olsa, məmuniyyətlə qayıdaram. Uzun illər Azərbaycanda çıxış etmişəm. Burada çox gözəl günlərim olub. Daim Azərbaycan klublarının şərəfini qorumaqdan qürur duymuşam. Maraqlanan olsa, gələrəm. Olmasa da, yəqin ki başqa işlə məşğul olaram.

- Ümumiyyətlə, Azərbaycan futbolunu izləyirsən?

- Hər gün də olmasa, mütəmadi olaraq izləyirəm. Arada oyunlara baxıram, internetdən xəbərlərlə tanış oluram. Ən vacib məsələlərdən xəbərdaram. Bilirəm ki, kim hansı səviyyədə çıxış edir.

- Azərbaycanda keçirdiyin günləri necə xatırlayırsan?

- O günləri çox yaxşı xatırlayıram. Əminliklə deyirəm ki, karyeramdakı ən yaxşı illərimi Azərbaycanda keçirmişəm. 9 il burada forma geymişəm. 9 il isə az vaxt deyil. Xeyli xoş xatirəm qalıb. Azərbaycandakı günlərim mənə çox şey qazandırıb.

- Səndən söz düşəndə, çoxları deyir ki Adamiya Azərbaycandakı ən yaxşı dövrünü “Neftçi”də keçirib. Bu fikirlə razısan?

- Qismən hə, qismən yox. “Neftçi”də həqiqətən də yaxşı çıxış edirdim. Amma “Qarabağ”da da pis oynamadım. “Bakı”da normal çıxış etdim. Sadəcə “İnter”də oyunum alınmadı. Ciddi zədə aldım. Sonradan isə əvvəlki formamı bərpa edə bilmədim.

- Yəqin ki, sabiq klubun “Qarabağ”ın Avroliliqadakı uğurlu çıxışından xəbərin var?

- Əlbəttə. Komandanın oyunlarını izləyirəm. “Qarabağ” adına çox sevindim. Axır ki istəklərinə çatdılar. “Qarabağ” bu uğura tam layiq idi. Komanda neçə dəfə pley-offa yüksəlsə də, son nöqtəni qoy bilmirdi. Amma bu dəfə tilsimi qırdılar. Qrup mərhələsində də çox yaxşı çıxış edirlər. Hətta qrupdan çıxacaqlarına da inanıram. Sona kimi komandanı dəstəkləyirəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30