19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Skuardelli: “Yaxın dostuma qarşı oynamaq heç də asan olmayacaq”

“Skarlatake zədəli olduğundan AZAL-la oyunda mən mərkəzdə qərarlaşmışdım.Bu mövqedə hər hansı bir çətinlik hiss etmədim. Daha əvvəl İtaliyada çıxış edərkən də mərkəz müdafiəçisi mövqeyində oynamışdım”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skuardelli deyib.

Braziliyalı futbolçu Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları “İnter” haqda da danışıb: “İnter” yaxşı komandadır. Təşkilatlanmış, güclü futbolçulara sahibdirlər. Bu, bizim üçün ən çətin oyunlardan biri olacaq.  Həm bizim üçün, həm də rəqib üçün. “İnter”in son 4 oyununda qələbə qazana bilməməsinin bizim üçün heç bir fərqi yoxdur. Çünki 4 oyunda qələbə qazana bilməyən komanda, beşinci oyunda uğursuzluğa son qoymaq üçün əlindən gələni edəcək. “İnter”lə görüşlərimiz hər zaman çətin keçir. Bütün gücümüzü meydanda qoyacağıq ki, uğur qazanaq”.

Skuardelli “bankirlər”in əsas hücumçusu Junior Nildo haqda da fikirlərini açıqlayıb: “Nildonu çox yaxşı tanıyıram. O, mənim yaxın dostumdur. Nildonun necə hücumçu olduğunu hamı çox gözəl bilir. Nildoya qarşı oynamaq heç də asan olmayacaq. Dostumun nəyə qadir olduğunu çox gözəl bilirəm. Ona qarşı mübarizə aparmaq çox maraqlı olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30