12 Yanvar 2026, Bazar ertəsi
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
"Qarabağ" da Türkiyəyə getdi
"Zirə" Antalyaya yollandı
"Sumqayıt" "Pakş"a məğlub oldu

Ölkə futbolu

Baçana Tsxadadze fərdi məşqlərə başladı

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter Arena" stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıblar.

Sabah “İnter” "Simurq" klubuyla qarşılaşacaq. Yoxlama matçı  "İnter Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq.

Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış  Baçana Tsxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31