25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Polşalı hakim “Qarabağ” - “Dnepr” oyununa təyinat alanda bu barədə düşünmüşdüm”

“Oyundan əvvəl Polşadan hakim bu oyuna təyinat alan zaman bu barədə düşünmüşdüm. Bilirdim ki, polşalı hakim “Dnepr”i narazı salmayacaq”. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

“Qarabağ” - “Dnepr” matçının baş hakimi olan Pavel Qilin idarəçiliyini dəyərləndirən X.Məmmədov referinin səhvini də açıqlayıb: “Oyunda əsas səhv 10-cu dəqiqədə qayda pozuntusuna görə penalti təyin olunmamasıdır. Reynaldoya qarşı kobudluğ zamanı rəqib, futbolçumuzun pəncəsini tapdalayır. Bu halı baş hakim üçün görmək bəlkə də çətin idi. Belə halda köməkçi ona kömək etməliydi. Məncə, baş hakim Pavel Qil sonradan səhvə yol verdiyini anladı. Çünki, bəzi kiçik cərimələrlə günahını sığortalamağa başladı. Hərçəndə qeydə aldığı cərimələr hamısı ədalətli idi. Rəqibin futbolçularına göstərdiyi 5 sarı vərəqə də qaydalara uyğundur. Onun penalti zərbəsini təyin etməməsi nəticəyə təsir edən səhv sayılır. Axı, “Qarabağ”ın penaltini dəqiq yerinə yetirəndən sonra necə oynayacağı məlum deyil. Matç tamamilə başqa tərzdə davam edə bilərdi”.

X.Məmmədov “Qarabağ”ın hələ də Avroliqanın qrup mərhələsindən pley-offa yüksəlmək üçün şansının olduğunu söyləyib: “Qarabağ” ümumilikdə yaxşı oynadı. Bəzi epizodlarda səhv olmasaydı matç başqa nəticəylə yekunlaşa bilərdi. Qalib gəlsəydik, pley-off məsələsini 90% həll edirdik. İndi Fransada “Sent Etyen” və Bakıda İtaliyanın “İnter” klubuna matçlarda lazımi nəticəni qazanmaq vacibdir. Digər oyunlardan da çox şey asılıdır. Mən “Qarabağ”ın son oyunlarda layiqli mübarizə aparacağına inanıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30