19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Heç-heçəyə oynamırdıq”

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, o, 1:2 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

- Əlbəttə, uduzmaq istəməzdik. Ən azından heç-heçə etmək istəyirdik. Bu gün "Dnepr"in əsl gücünü gördük. Uşaqlar sonadək döyüşdülər. Səhvlərimiz oldu. Gözləmədiyimiz vəziyyətlərdə qollar buraxdıq. Amma futbolçulara çox iradımız yoxdu. Artıq növbəti oyunumuzu düşünməliyik.

- "Qarabağ" ilk qolu buraxdığı oyunlarda dönüş yarada bilmir. Bunun səbəbi nədi?

- Sadəcə, istədiklərimizi edə bilmədik. Qol vəziyyətlərimiz olsa da, onlardan lazımınca yararlana bilmədik.

- Kənardan sizi hətta heç-heçənin də qane etdiyi hiss olunurdu...

- Biz heç-heçəyə oynamırdıq. Amma rəqibin gücünü də nəzərə almaq lazımdı. Biz sadəcə düzgün oynamağa çalışırdıq.

- "Dnepr"in heyətində kimin oyununu xüsusi qeyd edərdiz?

- Kaliniçin. Demək olar ki, bu oyunu o, təkbaşına qazandı. İrəli göndərilən topların 90 faizini o qəbul etdi. "Dnepr" bütün oyunu məhz onun üzərində qurmuşdu. Çox yaxşı hücumçudu.

- Hesab etmirsiz ki, "Qarabağ"ın komanda oyununda problem var?

- Kənardan elə görünə bilər. Futbol kollektiv oyundu. Düzdü, bir epizodda Muarem Leroyu görmədi. İnanmıram ki, o, həmin epizodda özü qol vurmağa çalışsın.

- Komandanızın qrupdan çıxmaq şansı barədə nə düşünürsüz?

- Öncədən biz qarşımıza qrupdan çıxmaq vəzifəsi qoymamışdıq. Şansımız hələ də var. "Sent-Etyen"lə səfər oyunumuz "Dnepr"lə Bakıdakı oyundan daha asan olacaq. Kiyevdəki qələbədən sonra bu oyundakı çıxışımız məni çox düşündürürdü. Fransadakı oyunda isə bu qədər təzyiq olmayacaq. Şans varsa, sonadək mübarizə aparmalıyıq.

Mənbə: Azerisport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30