27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

“Dnepr”in saytı: Bakının futbol Məkkəsi

“Dnepr”in rəsmi saytı komandanın “Qarabağ”la oyunöncəsi məşqindən yazı hazırlayıb. Futbolxeber.az-ın məlumatına görə, Bakının futbol Məkkəsi adlanan yazıda əsasən “Qarabağ” - “Dnepr” matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan bəhs olunub. Həmin yazını təqdim edirik:

- “Qarabağ”la oyunöncəsi məşqi “Dnper”in futbolçuları sabahkı matçın keçiriləcəyi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda keçdilər. Bu arena Azərbaycan milli komandası və bir neçə klub üçün ev stadionu hesab olunur. O cümlədən də “Dnepr”lilərin sabahkı rəqibi bu arenanın xidmətindən yararlanır. Sovet vaxtı bu stadion ölkə rəhbərlərinin adını daşıyırdı. Məşhur hakimin ölümündən sonra isə stadiona onun adı verildi.

Rekonstruksiya arenaya müasir koloritlər əlavə edib: plastik oturacaqlar quraşdırılıb, tribunaların üstü örtülüb, otaqlar və komunikasiya sistemi yenilənib.  

Sabah stadionda boş yer olmayacağı gözlənilir. Kassanın önündəki növbə də anşlaq olacağına işarədir. Məşqə gedərkən bunu hiss etməmək qeyri-mümkün idi.

“Dnepr”in məşqi 1 saatdan az çəkdi. Hazırlıq prosesində ənənəvi təlimlərdən istifadə olundu: isinmə hərəkətləri, “kvadrat” və meydanın yarım hissəsində ikitərəfli oyun.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31