29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov: “Dnepr”in qəzəbli olması bizə sərf edir” (Müsahibə)

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Futbolxeber.az saytına müsahibə verib.

- “Dnepr”lə cavab oyununa az qalıb. Məsul oyun öncəsi komandada vəziyyət necədir?

- Vəziyyət yaxşıdır. Komandada hər kəs tam gücü ilə çalışır. Əhval-rubhiyyə də yaxşıdır. Məsuliyyətimizi dərk edirik. Çalışırıq ki, oyuna tam hazır olaq və istədiyimiz nəticəni qazanaq.

- Azarkeşlərin oyuna marağı böyükdür. Futbolsevərlərə nə demək istərdin?

- Azarkeşlərdən dəstək gözləyirik. İnanıram ki, bu dəfə də stadionda anşlaq yaşanacaq. Azarkeşlərimizin dəstəyi ilə bütün gücümüzü meydanda qoyacağıq. Məqsədimiz azarkeşləri sevindirməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanacaq.

- “Dnepr”lə oyunda “Qarabağ”ın əsas məqsədi nədir?

- Məqsədimiz qələbə qazanmaqdı. İlk oyunda səfərdə rəqibi məğlub etdik. İndi də eyni uğuru təkrarlamaq istəyirik. Rəqib güclüdür. Bunu bilirik. Amma istənilən halda, qarşımıza məqsəd qoymuşuq və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

- Belə fikirlər səslənir ki, “Dnepr” Bakıda ilk oyundakından fərqli çıxış edəcək. Bu haqda nə deyə bilərsən?

- Rəqib ilk oyunda bizə uduzub. Üstəlik, çempionatın son turunda da böyükhesabla məğlub olublar. Buna görə də qarşıdakı oyuna çox ciddi yanaşırlar. “Dnepr”in qəzəbli olması bizə sərf edir. Bir tərəfdən bu yaxşıdı. Çünki rəqibin itiriləsi heç nəyi yoxdur. Ona görə də həyəcanlı oynayacaqlar. Biz isə çox səbrli oynamalıyıq. Hər şey səbrdən asılıdır. Əsas odur ki, arxayınlaşmayaq.

- Arxayınlaşmamaq üçün nə etmək lazımdır?

- Bu, biz futbolçuların əlindədir. Oyuna özündənrazı şəkildə çıxmaq olmaz. Kimsə meydana rahat şəkildə çıxsa, bunun cəzasını çəkə bilərik.

- “Qarabağ”ın play-off şansını necə dəyərləndirirsən?

- İndidən bu haqda danışmaq çox tezdir. Hər şey özümüzdən asılıdır. “Dnepr” üzərində qələbə qazansaq, şansımız xeyli artacaq. Amma yenə deyirəm ki, heç bir halda arxayınlaşmaq olmaz. Görüşə çox ciddi şəkildə yanaşmalıyıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31