20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Dnepr” indi bizi daha yaxşı tanıyır” (Müsahibə)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Araz Naxçıvan”la oyundan (4:0) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qarabağ” “Araz Naxçıvan” üzərində böyükhesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiniz?

- Gördüyünüz kimi, “Qarabağ” rahat qələbə qazandı. Biz hər rəqibə qarşı hörmətlə yanaşırıq. Eləcə də hər oyuna ehtiyatlı şəkildə çıxırıq. “Araz Naxçıvan” da zəif komanda deyil. Rəqibin “Qəbələ” ilə oyununa baxmışdıq. Bilirdik ki, çətin oyun alınacaq. Hər hansı problem yaşamaq istəmirdik. 3 xal qazandıq və bu qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir.

- Bu qarşılaşmanı “Dnepr”lə oyuna hazırlıq xarakterli matç saymaq olar?

- Bizim üçün hər qarşılaşma vacibdir. Buna kimi “Araz Naxçıvan”la oyunu düşünürdük. Bu görüş geridə qaldı. İndi “Dnepr” haqda düşünmək olar. Artıq sabahdan Avroliqa matçını fikirləşəcəyik.

- Çempionatdakı son 3 matçda sizi meydanda görə bilmirik. Bunun səbəbi nədir?

- Bu, baş məşqçinin qərardır. Yəqin düşünür ki, istirahətə ehtiyacım var. Hər hansı bir problem yoxdur. Növbəti oyunda baş məşqçi meydanda olmağıma qərar versə, oynayacağam.

- “Dnepr”in baş məşqçisi qeyd edib ki, Bakıdakı oyun ilk matçdan fərqlənəcək. Bu fikirlə razısız?

- Razıyam, həqiqətən də buradakı oyun fərqli olacaq. Çünki “Dnepr” indi bizi daha yaxşı tanıyır. Onlar revanş almaq istəyirlər. Elə biz də görüşə fərqli hazırlaşacağıq. İlk oyunda olduğu kimi, bu dəfə də azarkeşlərimizi sevindirməyi çox istəyirik. Bu dəfə daha çətin oyun olacaq. Amma biz də özümüzə inanırıq.

- “Qarabağ” “Dnepr”i evdə də məğlub etməklə qrupdan çıxa bilər?

- Biz play-off barədə düşünmürük. Çünki qarşıda hələ 3 oyunumuz var. Özlüyündə hər oyun vacibdi. İndidən play-off barədə düşünsək, özümüzə problem yarada bilərik. Hazırda əsas məqsədimiz “Dnepr”lə oyunda uğur qazanmaqdı. Bu matçda istədiyimiz nəticəni əldə edək, sonrası gələcək.

- “Dnepr”lə oyunda “Qarabağ”ın əsas məqsədi nə olacaq: yalnız qələbə, yoxsa...?

- İndidən bu barədə danışmaq çətin olar. Yalnız onu deyim ki, doğma azarkeşlərimiz önündə oynayırıq. Bu səbəbdən də uğur qazanmaq arzusundayıq. Amma oyunun necə nəticələnəcəyini əvvəldən heç kim deyə bilməz.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30