28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Braziliyalıların “Xəzər Lənkəran”da 75-ci qolu

Premyer Liqanın X turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley - 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.

Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.

Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.

Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırdı. Rəqib meydanlarında baş tutan çempionatdakı son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komanda sonuncu dəfə də “Sumqayıt”a qalib gəlmişdi. Ötən mövsümün bu il martın 16-dakı səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlmişdi. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31