20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qurban Qurbanovun komandası “Qalatasaray”ın yolunu gedir”

Veteran futbolçu Zaur Ramazanov cari mövsüm “Qarabağ”ın uğurlarına sevindiyini bildirib. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, veteran hücumçu Ağdam təmsilçisini Türkiyənin “Qalatasaray” klubuyla müqayisə edib: “Qarabağ” sözün əsl mənasında avrokuboklarda tam fərqli oyun nümayiş etdirir. Hazırda bu komanda tarixinin ən güclü mövsümlərindən birini keçirir. Avroliqada qrup mərhələsinə vəsiqə qazanmaqla yanaşı layiqli oyun da göstərirlər. O vaxt “Qalatasaray” ilbəil inkişaf etdi, sonda UEFA Kubokunu, Avropa Superkubokunu qazandı. Indi Qurban Qurbanovun komandası “Qalatasaray”ın yolunu gedir. Artıq bu mövsüm “Qarabağ” pley-offa çıxa bilər. Buna inanmaq lazımdır. Komandamızın bu uğuru qazanmaq üçün gücü var. Səfərdə “Dnepr”ə qalib gələn Ağdam təmsilçisi Bakıda da qalib olmalıdı. Bu halda biz pley-off barədə düşünə bilərik”.

“Qarabağ”ın futbolçusu Reynaldo barədə danışan Ramazanov hər oyunda ondan qol gözləməyin düzgün olmadığını dedi: “İndiyə qədər Azərbaycana çoxlu sayda legioner gəlib. Bəzi ulduz futbolçular karyeralarının son illərini ölkəmizdə keçirib.Mənim fikrimcə Reynaldo Azərbaycana gələn ən səviyyəli legionerdi. Hər bir futbolçu məhz avrokuboklarda özünü göstərməlidi. Reynaldonun oyunu yaxşıdır. Amma hər oyun ondan qol gözləmək olmaz. Futbolçu hər oyun qol vurmaya bilər. Lakin hər oyun komandasına xeyir verməlidi. Braziliyalı bunu edir. Sadəcə bəzi hallarda ötürmə versə məhsuldarlığı daha da artacaq. Ümumilikdə onun transferi “Qarabağ” üçün çox yaxşı oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30