29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tsxadadze: “Nfor qaydaları bilmirsə, gedib öyrənsin” (Müsahibə)

İnter”in futbolçusu Baçana Tsxadadze Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” ilə oyun barədə nə deyə bilərsən?

- İki fərqli hissə oldu. Birinci hissədə qol şanslarımız oldu. Rəqibin də yüzfaizli qol imkanı oldu. Amma qapıçımız inanılmaz qurtarışla komandanı xilas etdi. Odur ki, həm biz, həm də “Neftçi”  2 xal itirdi desək, düzgün olar. Maraqlı oyun idi.

- Oyunun sonunda rəqib futbolçu Ernest Nforla mübahisən düşdü. Nə baş vermişdi?

- Sona yaxın mən zədə aldım. Heç yerimdən tərpənə bilmirdim.  Buna görə də “Neftçi”nin qapıçısı topu meydandan çıxardı. Belə də olmalıdır. Çünki hər zaman fair-play qaydalarına riayət edilməlidir. Rəqib belə halla üzləşəndə biz hər zaman topu meydandan çıxarırıq. Amma “Neftçi”ni hücumçusu Nfor qapıçıya qışqırırdı ki, topu niyə çıxardırsan? Nfor fair-play qaydalarını bilmirsə, gedib oxusun. Ya da kimsə ona bunu başa salmalıdır. Bu, rəqibə qarşı hörmətsizlikdi. Biz öz rəqiblərimizə hörmətlə yanaşdığımız kimi, onlardan da bunu gözləyirik.

- “İnter” artıq iki oyundur qol vura bilmir. Bunun səbəbini necə izah edə bilərsən?

- Biz çempionatdan hamıdan çox qol vurmuşuq. Hətta elə komandalar var ki, onlardan 2 dəfə çox fərqləmişik. Ona görə də narahatçılığa əsas yoxdur.

- Artıq ilk dövrə yekunlaşdı. İlk 9 tur ərzində “İnter”in çıxışını necə qiymətləndirirsən?

- Çempionat 4 dövrədən ibarətdir. İlk dövrə hələ heç nə demir. Buna baxmayaraq, 9 tur ərzində yaxşı nəticə əldə etdiyimizi düşünürəm.

- “Qarabağ” “Xəzər Lənkəran”ı məğlub etdi və lider oldu. Bu “İnter”in işini çətinləşdirməyəcək ki?

- Bu, hələ ilk dövrədir. Dediyim kimi, qarşıda 3 dövrə var və bu kifayət qədər uzun zamandır. Hər şey dəyişə bilər.

- “Neftçi” ilə oyunda meydana əsas heyətdən yox, ehtiyatdan daxil oldun. Bu nə ilə əlaqəli idi: zədən var idi, yoxsa sırf baş məşqçinin qərarı idi?

-Yox, zədəylə bağlı heç bir problemim yox idi. Baş məqçinin seçimi belə olmuşdu. Komandada mənimlə eyni mövqedə çıxış edən futbolçu da var və hər ikimizin meydana çıxmaq şansı eynidir. Bir-birimizə hörmətlə yanaşırıq. Baş məşqçi kimə şans versə, o da oynayır.

- Artıq sabah “İnter” “Qarabağ”la çox vacib oyuna çıxacaq. Bu oyuna hazırlaşmaq üçün çox qısa vaxtınız oldu. Bu müddət hazırlıq üçün kifayət etdi?

- Belə də olmalıdır. Məncə, bu çox yaxşı haldır. Bütün komanda və futbolçular üçün ən məqsədəuyğun belə olmasıdır. Nə qədər çox oyun keçirsək, o qədər xeyirlidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31