19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qarabağ” 5-ə çatdı

Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası 5-ə çatıb. Futbolxeber.az-ın məlumatına görə, çempionatın lideri “Qarabağ” “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edib.

Bununla da Ağdam təmsilçisinin qələbələrinin sayı 5-ə çatıb. AZAL (3:0), “Simurq” (1:0), “Neftçi” (3:1), “Qəbələ” (2:0) ilə oyunların ardından son çempion “Qarabağ”  Lənkəran təmsilçisinə də qalib gəlib. Bu 5 görüşdə 12 qol vuran Qurban Qurbanovun yetirmələri cəmi 3 top buraxıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində 16-cı dəfə 5 və daha çox qələbəni sıralayan Ağdam təmsilçisinin mütləq rekordu 9-a bərabərdir. 2010/11 mövsümündə ardıcıl 9 qələbə qazanan “Qarabağ” çempion olduğu ötən mövsümdə 7 görüşdə 3 xal qazansa da, seriyası qırılmışdı. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30