18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mövsümdə ilk, “Simurq”da ikinci

2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Araz-Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb. İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Rəşad “Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi. “Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alındı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30