29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Araz Naxçıvan” iclas: qovulanlar var

Azərbaycan Premyer Liqasının son turunda “Simurq”a böyükhesabla məğlub olan (0:4) “Araz-Naxçıvan”da daxili iclas keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi, başda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov olmaqla məşqçilər və futbolçularla görüş təşkil edilib. İclasda çıxış edən Azad Cabbarov ilk olaraq komandanın son 7 turda qələbə qazana bilməməsinin səbəblərini məşqçilər korpusu ilə müzakirə edib. Eyni zamanda görüşdə futbolçuların fərdi, həmçinin kollektiv səviyyələrinin aşağı olduğu diqqətə çatdırılıb və məşqçilərin qarşısına şərt qoyulub. Klubun icraçı direktoru başda olmaqla, digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun göndərilməsinə qərar verilib. Növbəti turlarda komanda bu nəticəni davam etdirəcəyi təqdirdə isə daha ciddi addımlar atılacağı bildirilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31