28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əhmədov Moyeslə görüşdü

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun oktyabrın 20-dən 23-dək İsveçrənin Nyon şəhərində UEFA tərəfindən "UEFA Coach Education: Student Exchange" proqramı çərçivəsində keçirilən seminarda iştirak edib. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Pro kurslarının keçirilməsinə yeni başlanan ölkələr üçün olan seminar bir növ AFFA-da davam etməkdə olan Pro kurslarının tərkib hissəsi idi. Təsadüfi deyil ki, Nyona yollanan 12 məşqçinin hər biri Pro kurslarına oxuyur.

Oktyabrın 24-də artıq komandasının başında olan Tərlan Əhmədov klubun rəsmi facebook səhifəsinə açıqlamalarında səfər təəssüratlarını bölüşüb: “Bu cür kurslar hər il olur. Xüsusən də yenicə Pro kurslarının keçirilməyə başladığı ölkələrin nümayəndələri üçün. Hər halda bir növ təkmilləşdirmə kursu oldu. AFFA məşqçilərin daha da savadlanması üçün dəstyini əsirgəmir. Eləcə də UEFA məşqçilərə dəstəyini göstərir. Biz orada olduğumuz müddətdə Azərbaycanla bərabər, Makedoniya, Albaniya və Gürcüstan təmsilçiləri gəlmişdi. Bizdən 10 gün əvvəl isə Ukrayna nümayəndələri gəlmişdi. UEFA–nın Nyondakı mənzil-qərargahında baş tutan görüşlərdə UEFA təlimatçıları tərəfindən hərtərəfli bilgi verilir. 10-a yaxın təlimatçı var idi. Onlar media ilə münasibət, futbolçularla rəftar, peşəkar klubda effektiv, yüksək səviyyəli iş görməyin yolları, peşəkar klubda Pro lisenziyalı məşqçilərin işini qurmalı olduqları struktur barədə geniş məlumat verdilər. Bunların hamısı incəliklərinə qədər izah edildi. Sonda fikir mübadiləsi apardıq. Məncə, çox maraqlı bir seminar oldu”.

Əhmədov seminar zamanı bir sıra tanınmış simalarla da görüşməyə imkan tapıb. Yaxşısı budur, Tərlan bəyi dinləyək: “Orada yaxşı əlaqələr quruldu. Məsələn, vaxtilə “Neftçi”də oynamış makedoniyalı Zəki var idi, onunla görüşdük. Keçmişi yada saldıq. Gürcüstan futbolunun canlı əfsanələri Aleksandr Çivadze və Otar Qabeliya ilə də canlı ünsiyyətimiz oldu. Seminar vaxtı 1 dəfə Devid Moyesi də dəvət etmişdilər. İngiltərə Premyer Liqasının ab-havasını duymuş, “Mançester Yunayted” kimi komandanı çalışdırmış şotland mütəxəssis öz təcrübəsini bizimlə məmnuniyyətlə bölüşdü. Ümumiyyətlə, futbol aləmində bu cür əlaqələr gərəklidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31