19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qurban Qurbanov: “Müdriklər başqalarının səhvləri üzərində öyrənirlər”

“Azərbaycan millisinin tarixinə baxsanız, görərsiz ki bu cür nəticələr əvvəl də çox olub. Demirəm ki, bu cür yenilgilərə öyrəşmək lazımdı. Lakin futbolçuların bu cür vəziyyətdən çıxmaq təcrübəsi var”. Futbolxeber.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Dnepr”lə oyunöncəsi mətbuat konfransında Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu oyun barədə sualı cavablandıran “Qarabağ”ın çalışdırıcısı, bu cür yenilgilərin futbolçularda böyük təzyiq yaratdığını gizlətməyib: “Bu cür məğlubiyyətlərdən sonra təzyiqlə bacarmaq asan deyil. Xüsusən jurnalistlər və azarkeşlər tez-tez mənfi nəticəni xatırladırlarsa...Lakin bu cür məğlubiyyətlərdən sonra futbolçular özlərində güc taparaq, qarşıdakı oyunlara daha məsuliyyətlə hazırlaşmağa çalışırlar. Odur ki, komandada psixolji durumun qaydasında olduğunu söyləyə bilərəm. Sizi əmin edirəm ki, bu baxımdan komanda yaxşı durumdadır”.

Qurban Qurbanov hansı məşqçidən örnək alması barədə sualı belə cavablandırıb: “Özümü kiminləsə müqayisə edə bilmərəm. Əsk halda, bu işimə mane ola bilər. Hər kəs yolunu özü seçir. Valeri Lobanovskinin işini nümunə göstərmək olar. Onun iş prinsipi hələ də istifadə edilir. Mən hər məşqçidən ən yaxşı cəhəti götürməyə çalışıram. Düz deyirlər: “Müdriklər başqalarının səhvləri üzərində öyrənirlər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30