20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ" - "Xəzər Lənkəran": statistika nə deyir?

Bazar günü Premyer Liqanın 9-cu turu çərçivəsində “Xəzər Lənkəran” Ağdamın “Qarabağ” klubunun qonağı olacaq. Futbolxeber.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionu ötən mövsüm bu komandaların iki görüşünə şahidlik edib. Bir oyunda qonaq, digərində isə meydan sahibi statusuna malik “Xəzər Lənkəran” bu qarşılaşmaların hər ikisində qələbə qazanıb.

Ümumilikdə bu günə kimi “Xəzər Lənkəran” və “Qarabağ” 28 dəfə Premyer Liqa çərçivəsində qarşılaşıblar. Bu görüşlərdə 12 dəfə “Xəzər Lənkəran” qələbəni qeyd edib, 11 dəfə isə Ağdam klubu sevinib. Bu komandlar arasında cəmi 5 çempionat qarşılaşması heç-heçə ilə yekunlaşıb.

Qeyd olunan oyunlardan vurulan qolların nisbəti də “ağ-yaşıllar”ın xeyrinədir - 32:25.

Səfər görüşlərinə gəldikdə isə, “Xəzər Lənkəran” 14 “Qarabağ” səfərindən 4 dəfə qələbə ilə, bir dəfə isə heç-heçə ilə geri dönüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30