26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Hakimlik barədə danışmaq istəmirəm”

Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Qaradağ Lökbatan” “Zirə”ni 1-0 hesabı ilə məğlub etdi. Futbolxeber.az qarşılaşmadan sonra hər iki klub çalışdırıcılarının səsləndirdiyi fikirləri təqdim edir:

Bəhram Şahquliyev (“Zirə”nin baş məşqçisi): “Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım. Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.

Adil Mahmudov (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”.   


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30