19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Premyer Liqada 28-ci turun ən yaxşılarının adı bəlli oldu

 

Topaz Premyer Liqasında ötən turun simvolik komandası məlum olub. Futbolxeber.az-ın məlumatına görə, “Instat Football” şirkətinin Peşəkar Futbol Liqası üçün təqdim etdiyi turun statistik məlumatlarına əsasən Topaz Premyer Liqasının 28-ci turunda  simvolik komanda aşağıdakı kimidir:
 
Qapıçı - Tural Abbaszadə (Kəpəz)
 
Müdafiəçilər - Oskars Klava (AZAL), Usim Nduka (AZAL), İqor Mitreski (Neftçi), Mahir Şükürov (Neftçi)
 
Yarımmüdafiəçilər - Cavid Tağıyev (AZAL), Lukas Mario Horvat (Bakı), Julius Vobay (Neftçi), Zohair Benouahi (AZAL)
 
Hücumçular - Nikolas Kanales (Neftçi), Rauf Əliyev (Bakı)
 
Statistikaya görə turun ən yaxşı oyunçusu 285 xalla “Neftçi”nin hücumçusu Nikolas Kanalesdir.
 
Turun ən çox qayda pozuntusuna yol verən oyunçusu “Kəpəz”dən Bujamin Asanidir.
 
“Rəvan”dan Tural Axundov isə turun ən çox qayda pozuntusuna məruz qalmış oyunçusudur.
 
Qapıya doğru ən çox zərbə endirən futbolçu “Turan”dan David Janalidze, ən çox dəqiq ötürmə verən isə AZAL-ın futbolçusu Vladimir Boqdanoviçdir.
 
“Qarabağ”dan Kristian Torres turun ən çox driblinq edən futbolçusudur. 
 
Hava toplarında isə “Sumqayıt” klubunun futbolçusu Sabir Allahquliyev hamıdan uğurlu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30