19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Elnur Cəfərov "Xəzər Lənkəran" tarixində 450-ci oldu

Azərbaycan Premyer Liqasının VIII turunun “Bakı” ilə oyunu iki futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıb. 4:0 hesabı ilə başa çatan qarşılaşmayadək 92 oyunçu “Xəzər Lənkəran”da qol vurmuşdusa, bu rəqəm 94-ə çatdı. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.

Elnur həm də klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc istedad yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitan 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə kubokun - 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matçına təsadüf etmişdi. Rahid Premyer Liqadakı ilk topunu isə cəmi 6 gün sonra - 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub. Həm çempionat, həm də ümumilikdə ən gənc qol müəllifi olan Əmirquliyevi keçmək üçün Cəfərova 4 ay kifayət etməyib. Ən gənc qolçular arasında 3-cü pillədə isə 18 yaş 4 ay 2 günlüyündə rəqib qapısına yol tapan Vüqar Nadirovdur. 2005-ci il okty brın 15-də kubokun “Şərur”la (9:0) oyununda fərqlənib.

Elnurun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşdü. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf etmişdi.     

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komanda bu rəqəmi 451-ə də çatdırıb. Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda - Gəncədə vurulub.

Çempionatdakı yubiley qolları

1. 07.08.2004 “Turan” - “Xəzər Lənkəran” - 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” - “Ədliyyə” - 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” - Xəzər Lənkəran“ - 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN - “Xəzər Lənkəran” - 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” - 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” - 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” - AZAL - 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” - “İnter” - 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” - “Bakı” - 2:1 Etame Mbilla, 27

450. 19.10.2014. “Xəzər Lənkəran” - “Bakı” - 4:0 Elnur Cəfərov, 43

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31