24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Aleksandr Amisulaşvili: “Heç-heçəyə layiq deyildik” (Müsahibə)

“İnter”in müdafiəçisi Aleksandr Amisulaşvili Futbolxeber.az saytına müsahibə verib.

- Son oyunda “İnter” “Simurq”la qolsuz bərabərliyə razılaşdı. Oyun haqda nə deyə bilərsən?

- Çətin oyun alındı. Düzdür, qarşılaşma boyu üstünlük bizim tərəfimizdə idi. Bir neçə dəfə qol vurmağa da yaxın olduq. Lakin şanslarımızı dəyərləndirə bilmədik. Ümumi götürdükdə, rəqibi ciddi heç nəylə yadda qalmadı. Odur ki, 2 xal itirdiyimizi düşünürəm. Heç-heçəyə layiq deyildik.

- Xal itikisinin səbəbini nədə görürsən?

- Rəqib də zəif deyildi. Yaxşı futbolçulardan qurulmuş kollektivə qarşı oynayırdıq. “Simurq” kompakt şəkildə çox gözəl müdafiə olunurdu. Çətin alındı. Amma futbolda belə hallar olur. Təbii ki, 2 xal itirməyimiz də yaxşı hal deyil.

- Çempionatda yaranan uzunmüddətli fasilə oyunuza mənfi təsir edə bilər?

- Bunu demək çətindir. Amma bir məsələ var ki, bizim kimi rəqib də bu müddətdə çempionatda oyuna keçirməyib. Hər iki komanda eyni şərtlər altında qarşılaşmaya hazırlaşıb. Qorxulu heç nə yoxdu, xal itkisi olan şeydi. Əsas odur ki, biz “Simurq”a qarşı yaxşı oynadıq. Rəqibdən açıq-aşkar üstün idik. Onların demək olar ki, qol epizodu olmadı.

- Qarşılaşmanın gedişində zədə alıb, meydanı tərk etdin. İndi özünü necə hiss edirsən?

- İndi də yaxşı deyiləm. Həm ayağım ağrıyır, həm də başım fırlanır.

- Zədən ciddidir?

- İndidən bu haqda bir söz demək olmaz. Hər şey müayinədən sonra bəlli olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30