20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Foqts istefasını şərh etdi

“AFFA rəhbərliyi ilə söhbətimiz oldu. Mən onlara Azərbaycan millisində çalışa bilməyəcəyimi dedim”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında millimizin baş məşqçisi postundan istefa verən Berti Foqts deyib.

67 yaşlı mütəxəssis Azərbaycan yığmasından ayrılma səbəblərini açıqlayıb: “Futbol oynamaq üçün daim hazır olmalısan. Mən artıq özümü orada görmürdüm. Ona görə də istefa verdim. Yenə də deyirəm ki, Azərbaycan klublarında futbolçularla bağlı problemlər var. Çempionatda oynayan komandalardan oyunçulara intensiv məşqlər keçirilmir. Amma Azərbaycan millisi ilə uğur qazana bildim. Onları reytinq siyahısında 147-ci pillədən 73-cü yerə qədər gətirdim”.

Qeyd edək ki, Berti Foqts bu gün Azərbaycan millisinin baş məşqçi postundan istefa verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30