25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ansi Aqolli: “Qarabağ Azərbaycanındır”

Albaniya millisinin futbolçusu Ansi Aqolli Avro-2016-nın Serbiyaya qarşı keçirilən seçmə matçında baş verən insidentə münasibət bildirib. Futbolxeber.az-ın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, Ağdamın "Qarabağ" klubunun da müdafiəçisi olan Aqolli deyib ki, serbiyalı futbolçular Albaniyanın bayrağıını cırmaq istəyiblər: "Bunun qarşısını almaq üçün bayrağı onların əlindən aldıq. Məncə, düzgün hərəkət etdik. Kim olsa, bayrağı üçün eyni şeyi edərdi. Bayrağımızı qorumağa çalışdıq. İnsident zamanı mən heç kəsi vurmadım. Ancaq rəqib komandanın futbolçuları mənə bir neçə dəfə yumruq atdı. Baş verənlərə hələ də inana bilmirəm".

A.Aqolli qarşılaşmadan əvvəl serblərin onlara qarşı hörmətsizlik etdiyini də iddia edib: "Azarkeşlərin səsindən Albaniya millisinin dövlət himnini eşidə bilmədim. Qarşılaşma başladığı zaman isə onlar əllərində olanları bizə tulladılar".

Aqolli bundan əvvəl Yerevanda keçirilən Ermənistan  - Serbiya görüşündə erməni azarkeşlərin açdığı "Qarabağ Ermənistanın, Kosova isə Serbiyanındır" pankart haqda da danışıb. O deyib ki, hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox gözəl bilir: "Dünya Qarabağı Azərbaycan torpağı, Kosovanı isə müstəqil ölkə kimi tanıyır".

Xatırladaq ki, Serbiya - Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30