19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" yubiley qələbəsinə hazırlaşır

Bu həftə Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, bu dəfə səfərdə meydana çıxacaq “Qəbələ” mayın 3-də Zaqatalada “Simurq”un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq.

2005-ci ilin yayında yaranan “Qəbələ” və “Simurq” elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazandılar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstə, 2 dəfə kubok və 15 dəfə çempionatda qarşılaşıb.
 
Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan “qara-qırmızılar” “Simurq” üzərində yubiley zəfərini əldə etmək əzmindədir. Cari mövsümdə rəqibini yenməyən “Qəbələ” son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib.
 
Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib. 
 
Top fərqində üstünlüyə malik olan “Qəbələ”dir – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.
 
“Simurq”un meydanında 11-ci dəfə baş tutacaq oyunadək meydan sahibləri 4 qələbə qazanıb. 3 dəfə “Qəbələ”nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30