26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millilət vəkili: “Problem Foqtsda deyil, bizim çempionatdadır”

“Poblem ölkə çempionatının zəif vəziyyətdə olmasıdır. Bizdə futbol meydanlarından kabab iyi gəlir”. Bunu Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələləsindəki son iki məğlubiyyətini (İtaliya 1:2, Xorvatiya 0:6) şərh edən millət vəkili Fazili Mustafa deyib.

Deputat baş məşqçi Berti Foqtsın günahsız olduğunu qeyd edib.

Millət vəkilinin sözlərinə görə, millimizin baş məşqçi vəzifəsinə yüz alman gətirilsə belə, bu mexanizmi işlədəcək və heç bir gücə sahib olmayacaq: “Çünki burada məşqçi ilə bağlı problem yoxdu. Burada problem ölkə çempionatının zəif olmasıdır. Uşaq futbolunun inkişaf etdirilməməsi bunun əsas səbəbidir. Stadionların qiyməti bahadırsa, uşaqlar futbol oynamağa meydança tapa bilmirlərsə, rayonlarda bu şərait yoxdursa və belə bir şərtlərdə necə futbolçu yetişə bilər? Bu hesablara səbəb kimi deyil, nəticə kimi baxmaq lazımdır.

Berti Foqtsu çıxarıb yerinə azərbaycanlı məşqçi qoysaq nəyi dəyişəcək? O da özü ilə sehirli dirijor çubuğu gətirib futbolu inkişaf etdirməyəcək. Daha çox vəsait uşaq futboluna xərclənməlidir. Klubların rahatlıqla sıradan çıxmasının qarşısını almaq üçün sahibkarlığı inkişaf etdirmək lazımdır. Bir sahibkar hər hansı bir klubu maliyyələşdirir və özü iflasa uğrayanda klub məhv olur. Dünyada belə bir hal yoxdur. 10-15 sahibkar kluba sahib çıxır, biri sıradan çıxanda onun yerinə başqa biri gəlir. Bu bir məşqçinin üzərinə yığılan günah deyil”.

Millət vəkili qeyd edib ki, bizdən fərqli olaraq xarici məşqçilərə başqa yerlərdə münasibətdə fərqlidir: “Türkiyə yığmasında Fatih Terim Berti Foqts qədər pul alır. Məgər Fatim Terim Berti Foqtsdan çoxmu ağıllıdır? Onların futbolu müqayisə ilə bizdən üstündür. Fatim Terimin özündən müştəbehliyi 3 oyundan sonra Türkiyə komandasını axırıncı yerə gətirib. Ən zəif rəqiblərə belə qalib gəlmək iqtidarında deyil. Bu o deməkdir ki, yerli məşqçilik nəyisə dəyişmir. Bu yerli və xarici məşqçi məsələsi deyil. Futbola olan münasibət dəyişməlidir. İndi Bakıda xeyli bina tikilib, amma onların əksəriyyətində meydança yoxdu. Hamısı qaraj, restoran, kafe yeridi. Futbol oynan yerlərin hamısından kabab iyi gəlir. Hamısının əhatəsində beş restoran var. Bununla futbolu inkişaf etdirmək olmaz. Təbii ki, Berti Foqtsun problemləri var, amma bu tək məşqçi ilə həll olunan məsələ deyil”.

Mənbə: azvision.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30