20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çorluka: “Azərbaycan bizim tempimizə tab gətirmədi” (Müsahibə)

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Azərbaycan (6:0) matçından sonra meydan sahiblərinin müdafiəçisi Vedran Çorluka yerli jurnalistlərə müsahibə verib. 

- Azərbaycan millisi üzərindəki qələbəni necə şərh edərdiz?

- Biz belə bir şəhərdə, belə atmosferdə pis oynaya bilməzdik. Verdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, 90 dəqiqə üstün olduq. Daim rəqibə təzyiq etdik. Layiqli qələbə qazandıq. Azərbaycan bizim tempimizə tab gətirmədi. Böyük hesablı qələbə gözləmirdik. 

- 6:0 hesablı qələbə gözlənilən olmasa da, hər kəs sizi favorit sayırdı...

- Biz belə oyunu azarkeşlərimizin sayəsində göstərdik. Ümid edirik ki, həmişə belə oynayacağıq. Bu oyunda ən böyük üstünlüyümüz isə 3-5-2 taktiki düzülüşü ilə mübarizə aparmaq idi. Qrupda 3 oyuna 3 qələbə. Əla nəticədi.

- Erkən qol vurmaq istədiyinizi oyundan əvvəl demişdiniz. Bunun nəticəyə təsiri oldu?

- Əlbəttə. Belə oyunlarda və daim müdafiə olunan komanda ilə matçda mütləq erkən qol vurmaq lazım idi. Biz də bunu bacardıq. Göründüyü kimi Xorvatiya qrupun favoritidi. Azərbaycan millisi isə sadəcə müdafiə olunurdu. Amma rəqibin İtaliyadakı kimi müdafiə olunmağa gücü çatmadı.

- Qrupda ilk yeri tutub, Fransaya gedə biləcəksiz?

- Bunu özümüz də istəyirik. Amma İtaliya kimi güclü komanda var. Onları da siyahıdan silmək olmaz. Hər kəs bu komandanı qrupun favoriti sayır. Çünki onlar 4 qat dünya çempionlarıdı. Məncə, qrupda ilk yerini sahibinin kim olmasına İtaliya ilə oyunlardan sonra aydınlıq gələcək.

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30