20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Sən demə, həmin “türkiyəli futbolçu” azərbaycanlı imiş”

Elhad Nəziri “Xəzər Lənkəran”ın əvəzedici komandasına lazım olmayıb. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar”ın ikinci komandasının baş məşqçisi Elbrus Məmmədov futbolçunu geri qaytarıb.  

Əslində, Nəzirinin cənub təmsilçisinə baxışa gəlməsi də maraqlı olub. Belə ki, menecerlərdən biri Məmmədova zəng edərək, türkiyəli futbolçunun “Xəzər Lənkəran”a baxışa gəlmək istədiyini bildirib. Çalışdırıcı da razılaşıb və futbolçunun gəlməsini gözləyib. Lakin yoxlanışa gələnin Elhad Nəziri olduğunu görüb.

“Mən dedilər ki, Türkiyədən gənc futbolçu gəlib. Razılaşdım və futbolçunun Lənkərana göndərilməsini istədim. Amma sən demə, həmin “türkiyəli futbolçu” Elhad Nəziri imiş. Bizimlə cəmi bir məşq keçdi” - deyə, baş məşqçi bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30