19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Bakı”nın sabiq qapıçısı: "Foqts nə deyirsə, onu eşidirlər"

"Bakı"nın keçmiş qolkiperi Marko Şarliya Xorvatiya - Azərbaycan oyunu ərəfəsində fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, 4 il ölkəmizdə çıxış edən Şarliya Azərbaycan futbolu haqda danışıb: "Foqtsun gəlişi ilə Azərbaycanda futbola baxış dəyişdi. O zaman ölkə çempionatında çox sayda legioner çıxış edirdi. Ancaq sonradan çoxluğun tələbi ilə limitdə dəyişiklik edildi, yerli futbolçuların sayı artırıldı, hətta komandalarda iki gənc futbolçunun olması da şərt qoyuldu. Bir sözlə, Foqts nə deyirsə, onu eşidirlər".

Sabiq “Bakı”lı Azərbaycanla oyunda həmvətənlərini diqqətli olmağa çağırıb: "Azərbaycan yığması top-komanda olmasa da, kollektiv oyun baxımından güclüdür. Rəqib topa daha çox nəzarət etməyə, fürsət düşən kimi təhlükəli hücumlar qurmağa çalışır. Ən yaxşı forvardı Rauf Əliyevdir. İtalyanlarla qarşılaşmada onun oyununu gördünüz. Azərbaycanın bəzi klubları Avrokuboklarda qrup mərhələsində oynayıb".

Şarliya Azərbaycanın zənginliyindən də söz açıb: “Azərbaycan paytaxtı Bakının 4 milyon əhalisi var, ölkə neft və qazla zəngindir.  Mən oraya qədəm qoyarkən xoş mənada təəccübləndim. Bakı gözəl şəhərdir, Şərqin Parisi adlandırılır. Yeni yollar, idman qurğuları, stadionlar tikilir".

Mənbə: Supersport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30