28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hər saniyəsi həyəcan olan oyun YAZI

Oyun var ki, darıxırsan. Oyun da var ki, hər saniyəsi həyəcandır. Rumınların macarlarla olan matçlarını ikinci siyahıya aid etmək olar. Öncədən onu deyim ki, matçın keçirildiyi stadionun tamaşaçı tutumu 55 min idi. Satışa çıxarılan 52 min biletin hamısı bir neçə gün öncədən satılmışdı. Qalanları isə satışda deyildi. Çünki macar və rumın azarkeşlər arasındakı sektorlar təhlükəsizlik məqsədi ilə boş saxlanılmışdı. Bunun da futboldan başqa, həm də siyasi səbəbləri var.

Rumıniya və Macarıstan arasında Transilvaniya problemi mövcuddur. Avstriya - Macarıstan impersiyası dövründə macarlar bu torpağa sahib çıxıblar. Sonra torpaqlar rumınlara geri qaytarılıb. Macarıstanda yaşayan macarlar üçün bu, bir o qədər əhəmiyyətli olmasa da, Transilvaniyada qalanlar üçün isə bu müharibə kimi bir şeydir. Məhz onlar da bunu münaqişə həddinə çıxartmaq istəyirlər. Amma alınmır.

Qayıdaq mövzumuza. Macarıstandan yetərli sayda azarkeş gəlmişdi oyuna. Onların sayı 3000-dən çox idi. Rumıniya jandarmeriyası onlar üçün eskort da təşkil etmişdi. Onlar Buxarestə qatarla gəldiklərindən, hamı üçün vağzaldan stadiona kimi avtobuslar təşkil olunmuşdu (Nəqliyyat nazirliyinin də burada rolu olub-A.Z). Bir sözlə, ultra-fanları adi azarkeşlərdən ayırmışdılar. Öz maşını ilə gələnlər isə eskortsuz gəzirdilər.

Şəhərdə tam futbol havası var idi. Keçən mövsüm Rumıniya macarlarla səfərdə 2:2 oynamışdısa, Buxarestdəki oyunda meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanmışdılar. Bu nəticə isə rumın azarkeşlərin yaddaşlarına həkk olunub.

Oyuna 10 dəqiqə qalmış azarkeşlər komandalarını qələbəyə səsləməyə başladılar və buna görə adam heç öz səsini eşitmirdi. Bu, oyunun sonuna kimi davam etdi.

Oyuna rumınlar aktiv başlasalar da, ilk dəqiqələr onlar üçün heç də uğurlu  olmadı. Oyunun 4-cü dəqiqəsində Rumıniya artıq ilk əvəzetməsin etdi. Mərkəz müdafiəçisi Qoian əzələsin dartdı və onun əvəzinə Qardoş meydana daxil oldu. Bu, rumınların oyununa ilk hissədə o qədər də təsir etmədi. Çünki ilk hissədə nəzarət edən tərəf meydan sahibləri idi. Amma hər halda, plansız əvəzetmə heç yerinə düşmədi. Xüsusi ilə də oyunun ilk dəqiqələrində.

Oyunun 11-ci dəqiqəsində Sınmarteanın gözəl ötürməsindən sonra Kipçiunun zərbəsi qapıdan çox kənar keçdi. 5 dəqiqə sonra isə Aleksandru Maksim analoji epizddan yararlana bilmədi. 39-cu dəqiqədə macarlar hesabı açsalar da, hakim qolu hesaba almadı. Səbibi - ofsayd. Nəhayət, fasiləyə 1 dəqiqə qalmış matçda hesab açıldı. Razvan Ratsın sol cinahdan gözəl ötürməsindən sonra, Raul Rusesku topu asanlıqla qapıdan keçirdi - 1:0. Birinci hissə elə bu hesabla bitdi.

İkinci hissə epizodlarla bol olmasa da, macarların üstünlüyü diqqət çəkirdi. 69-cu dəqiqədə Raul Rusesku topu ikinci dəfə qapıdan keçirsə də, qol ofsayd qərarı ilə hesaba alınmadı. Əvəzində sona 8 dəqiqə qalmış matçda hesab bərabərləşdi. Bu dəfə sevinmək növbəsi macar azarkeşlərdə idi. Qonaqların kapitanı Balazs Dzsudszak topu cərimə zərbəsindən birbaşa qapıya vurdu. Rumıniya yığmasının qapıçısı Çiprian Tataruşanu 18 metrdən vurulan zərbəyə müqavimət göstərə bilmədi. Az sonra macarlar növbəti dəfə rumınlara şok yaşada bilərdilər. Lakin Daniel Töşerin zərbəsi qapıdan azca yan keçdi. Bu oyunda son qol epizodu idi və oyun bitdikdən sonra macarlar qazanılan 1 xala görə çox sevinirdilər.

Abbas ZAHİDİ, Buxarest

xüsusi olaraq Futbolxeber.az saytı üçün  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31