20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi" "Dəri top" turnirində iştirak edəcək

“Neftçi” PFK-nın U-13 komandası Rusiyanın Soçi şəhərində keçiriləcək “Dəri top” turnirində iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, bu gün klub rəhbərliyi yarışa yollanacaq komandanın üzvləri ilə görüşüb. Görüşdə “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov klub prezidenti Sadıq Sadıqovun adından yeniyetmə futbolçuları salamlayıb və onlara iştirak edəcəkləri turnirdə uğurlar arzulayıb. Qeyd olunub ki, yeniyetmə futbolçuların kiçik yaşlarından beynəlxalq təcrübə əldə etmələri, onların peşəkar futbolçu kimi formalaşmalarında müstəsna rol oynayır.

Klubun icraçı direktoru Mübariz Xudiyev və aşağı yaş qrupları üzrə texniki direktor Yan Versleyen də “Neftçi”də yeniyetmə və gənc futbolçulara hər zaman böyük önəm verildiyini və bu futbolçuların gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandığını bildiriblər. Sonda isə görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

“Dəri top” turniri oktyabr ayının 12-də start götürəcək. Yarışda komandamız Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçiləri ilə mübarizə aparacaq. Xatırladaq ki, “Neftçi”nin U-14 komandası 2012-ci ildə də sözügedən yarışın qalibi olmuşdu.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30