19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

İbrahim Uzunca: “Jaba komandaya yardım edəcəksə, başımız üstündə yeri var” (Müsahibə)

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca “Neftçi”yə qarşı baş tutan yoxlama görüşündən sonra (0:0) Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə elə “Neftçi”yə qarşı keçirilən oyun haqda fikirlərinizi öyrənmək istərdik.

- Gözəl oyun alındı. Hər şey dostluq ab-havasında keçdi. Düzdür, komandamızda bir qədər yorğunluq var idi. Bunu da anlayışla qarşılayıram. Çünki komandamız çox çətin məşqlər keçib. Bu cür hazırlığın qarşılığında komandanın yoğrun olması normal haldır.

- Komandanızın çıxışından razı qaldınız?

- Bəli, razı qaldım. Dediyim kimi, komandamız çətin məşqlər keçir. Belə də olmalıdı. Çünki digər komandalardan fərqli olaraq biz mövsümöncəsi təlim-məşq toplanışı keçməmişik. Özünüz komandanın çempionatdan öncə qarşılaşdığı problemləri bilirsiniz. Odur ki, bizə bu fasilə çox lazım idi. Komandam bu gün yaxşı oynadı. Bəzi futbolçuları az-az oynatdıq. Çünki kiminsə zədə almasımnı istəmirdik. Hər şey ürəyimizcə oldu.

- 2 aparıcı futbolçu - Aqil Məmmədov və Yure Travner “Neftçi” ilə matçda meydana çıxmadı. Bunun səbəbi nə idi?

- Travnerə istirahət vermişdik. Aqil isə qripə yoluxub. Virusun digər futbolçulara keçməməsi üçün Aqili bu gün komandadan ayrı tutduq.  

- Aqil Məmmədovun yanvarda komandadan gedəcəyi deyilir. Bu, doğru məlumatdırmı?

- Yox, indidən bu haqda danışmaq düz deyil. Hazırda “Bakı”dan kiminsə getməsini istəmirik. Tək Aqilin yox, digərlərindən də kimin gedib, kimin komandada qalacağı yalnız yanvarda müəyyənləşəcək, indi yox.

- Jaba tezliklə “Bakı”ya qoşulacaq. Sizcə, o komandadakı problemləri yoluna qoya biləcək?

- Təbii ki, Jabaya ümidlərimiz böyükdür. Biz sərəncamımızdakı hər futbolçudan yararlanmağa çalışırıq. Eləcə də Jabadan xeyir götürməyə çalışacağıq. O, səviyyəsi bəlli futbolçudur. Əgər, komandaya yardım edəcəksə, başımız üstündə yeri var. Özünü sübut etmiş bir futbolçudur. Qapımız hər zaman Jabanın üzünə açıqdır. Əvvəllər də “Bakı”da oynayıb və kluba böyük fayda verib. Yetər ki, formada olsun.

- “Yetər ki, faydalı olsun” dediniz. Jabanın ideal formadan uzaq olma ehtimalı sizi qorxutmur? “Neftçi”də buna bənzər Nikolas Kanales nümunəsi var...

- İnanıram ki, Jaba ideal da olmasa, normal vəziyyətdə olacaq. O, 50 faiz hazır olsun, qalanını biz həll edərik.  

- “Bakı”nın daha bir yoxlama oyunu keçiriləcəyi bildirilir. Rəqibin adı artıq müəyyənləşib?

- I divizion təmsilçisi “Bakılı” ilə qarşılaşacağıq. Oyun oktyabrın 14-də keçiriləcək.

- Çempionatda yaranan fasilədən sonra “Bakı”da nə kimi dəyişikliklər görəcəyik?

- İnanırıq ki, komandamız daha yaxşı təsir bağışlayacaq. Bu gün biz akademiyamızın yetirmələrindən faydalanırıq. Hədəfimiz bəllidir. Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Vəziyyətin belə olması, gənclər üçün bir şansdır. Azərbaycan futbolu adına çalışırıq və bundan da qürur duyuruq. Əgər, “Bakı”nın akademiyasından çıxan gənclər bu gün Premyer Liqada yaxşı çıxış edib, digərləri ilə başa-baş mübarizə aparırlarsa, deməli bizim əziyyətimiz hədər getməyib. Bu, “Bakı”nın akademiyasında yaxşı işlərin görüldüyünə işarədir.

- Son 2 oyunda “Bakı” qələbə qazandı. İndi azarkeşləri ən çox bu sual düşündürür: komanda qələbələrin ardını gətirə biləcəkmi?

-  Biz komandanın uğur qazanması üçün əlimizdən gələni edirik. Mövsümün əvvəlində komanda formada deyildi. Amma zaman keçdikcə vəziyyət dəyişir. Digər komandaların səviyyəsinə çatmasaq da, futbolçular bacarıqlarının 80-90 faizini meydanda göstərirlər. Odur ki, gələcəyə ümidlə baxırıq.

- Artıq “Bakı”dakı problemlərin bir qisminin geridə qaldığını söyləmək olar?

- Bəli, vəziyyətimiz yavaş-yavaş düzəlir. Komandamız son oyunlarda nəticə qazanır. İnanıram ki, digər problemlər də tezliklə yoluna qoyulacaq. “Bakı”nın əvvəlki əzəmətini qaytarması üçün əlimizdən gələni edirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30