Ölkə futbolu
“Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır”
Torsten Spittlerin “Bakı”ya idman direktoru təyinatından sonra təcrübəli yerli məşqçi Məqsəd Yaqubəliyev almana köməkçi təyin edildi. Futbolxeber.az-ın məlumatına görə, Yaqubəliyev həm Akademiyada əsas koordinator kimi işləri qurur, həm də “Bakı”nın əvəzedici heyətinə rəhbərlik edir. Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib.
- İki aydır ki yeni mövsümə hazırlıqlar başlayıb. Hazırkı vəziyyətdə akademiyanın işini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi maliyyə çətinlikləri səbəbindən komandalarımızın yığışaraq çempionatlara hazırlaşmasında xeyli gecikdik. Futbolda hazırlıqsız komanda üçün çempionata başlamaq çox çətin olur. Sevindirici haldır ki, Akademiyamızı təmsil edən komandalar ilk turlarda zəif təsir bağışlasa da, tədricən toparlandılar. Klubun köklü olması, ənənələrə əsaslanmasından irəli gələrək rastlaşdığımız kritik vəziyyətdən çıxmağı bacardı. Bunu ilk olaraq əsas komandamızın ilk oyunları ilə bugünkü çıxışı arasında fərq sübuta yetirir. Biz məşqçilərimizin savadına inanırıq. Hər həftə almaniyalı idman direktorumuzun rəhbərliyi altında məşqçilərin savadının artırılması məqsədi ilə onlara bir sıra mövzularda seminarlar keçirik. UEFA-nın məşqçilərlə bağlı ən son tövsiyyələrini onlara çatdırırıq. Bu artıq ənənə halını alıb. Bundan başqa hər bir məşqçi öz keçirdiyi məşqlərin təhlilini aparır və bu barədə hesabat verir. Yaş qrupları üzrə bütün məşqlərə ciddi nəzarət edirik. Problemlərimiz da var. Narahat edici məqamlardan biri də uşaqlarımızın məşqlərə məsuliyyətsiz münasibətidir. Bu istiqamətdə tədbirlər görürük.
- Əvəzedicilərdə işləriniz necə gedir. Əsas heyətə yeni namizədlər kimlərdir?
- Əvəzedilərin qarşısında iki vəzifə qoyulub. Birincisi gənclərin yetişərək əsas heyətdə oynaması digəri isə əsas heyətdə zədə və ya cəza səbəbindən oyun praktikası olmayan futbolçuların yenidən formaya düşməsi üçün oynamasıdır. Hər iki istiqamətdə işlər sintez halında yerinə yetirilir. Biz nəticəni önə çəkmirik. Əsas qarşıya qoyulan vəzifələrin icrasıdır. İşlər düzgün gedirsə uğurlu nəticə də mütləq olacaq. Əsas komandaya namizədlərə gəlincə: Umar Akmurzayev, Azamat Qazayev, Yusup Xakimov və Renat Ağaverdiyev yaxın vaxtlarda öz adlarından söz etdirə biləcəklər. Onlar əsas komandaya real namizədlərdir.
- Son turlarda “Bakı” əvvəlcə “Araz”a sonra isə iddialı “Simurqa”a qalib gəlməklə Premyer Liqaya layiq klub olduğunu göstərdi. Bu mövsüm nə gözləmək olar?
- Rəhbərliyin diqqəti nəticəsində “Bakı” gəncləri futbola bəxş etməkdə davam edir. Ötən turda Mahir Mədətov və Valeh Seyidovun çempionatda debütü bizi çox sevindirdi. Onların arxasınca Ülvi Süleymanov, Nicat Əsgərov, Aydin Mustafazadə və b. gənclərın də tezliklə meydana çıxaraq özlərini göstərəcəklərinə inanırıq. Bu gün “Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır. İlk turlardan fərqli olaraq komanda bəzi kompanentlərdə rəqiblərindən daha üstündür. Unutmayaq ki, onlar bizdən bir ay, ay yarım öncə hazırlıqlara başlamış, əksər klublar isə təlim-məşq toplanışlarını ölkə xaricində keçirmişdilər. Akademiyanın önəmi burada da özünü göstərir.
- Akademiyanın yetirmələrinin bəziləri digər Premyer Liqa klublarında top qovmaqdadır...
- Bu bizi çox sevindirir. “Simurq”da Vadim Abdullayev və Vüqar Mustafayev, “Qarabağ”da Namiq Ələsgərov, Şəhriyar Əliyev və Hacı Əhmədovun eləcə də “Xəzər Lənkəran”da çıxış edən Elşən Rzazadənin futbolçu kimi yetişməsində “Bakı”nın xüsusi rolu olub. Türkiyədə çıxış edən Rəhman Hacıyevi də yaddan çıxarmayaq. Digər klublarda da vaxtilə burada çıxış etmiş və ya klubun yetirməsi olmuş futbolçularımız var. Bütün bunlar klubun gənclər siyasətinin, məşqçilərin işinə peşəkar yanaşmalarının, akademiyada işlərin düzgün qurulmasının nəticəsidir. Onların sayı ildən ilə daha da artacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü