25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Arif Əsədov: “Milliyə kimlərin çağırılmalı olduğunu Foqts hər kəsdən yaxşı bilir”

“Millimizin rəqibləri çox güclüdür. Həm İtaliya, həm də Xorvatiya son dünya çempionatının iştirakçısı olub”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Millimizin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı keçirəcəkləri oyun haqda danışan Əsədov, 2 matçda 1 xala ümid etdiyini gizlətməyib: “Millimizdən qarşıdakı matçlarda yaxşı oyun gözləyirəm. Futbolçularımız əllərindən gələni edəcəklər. İnanıram ki, millimiz heç olmasa 2 oyundan 1-ində xal qazanacaq. Futbolda hər şey mümkündür. Daha yaxşı nəticəyə də ümid edə bilərik. Necə oynamaq önəmli deyil. Bəzən elə olur ki, yaxşı oynayıb, uduzursan. Bəzən də pis oynasan da, nəticə qazanırsan”.

“Neftçi”nin çalışdırıcısı heyət seçimi ilə bağlı danışmaq istəməyib: “Heyətlə bağlı nəsə deməyim düzgün olmaz. Milliyə kimlərin çağırılmalı olduğunu Foqts hər kəsdən yaxşı bilir. Yoxlama oyunlarında da istədiyi futbolçuları sınaqdan keçirib və nəyə qadir olduqlarını bilir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30