24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Foqts: "Çempionluq son turlarda “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq"

 

Milli komandamızın baş məşqçisi Berti Foqts “Futbol “Bakcell” ilə” layihəsi zamanı jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis jurnalistlərin ilk öncə çempionatla bağlı sual verməsindən narazı qalıb:

- Biz bura meydançanın açılışına gəlmişik. Amma sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir. Biz futbolçuların gələcəyi üçün belə bir imkanlar yaradırıq. Onlar yaxşı məşq keçə, futbol oynaya bilsinlər və uşaq vaxtlarından şərait yaradılmağı yaxşı haldır. Çox şadam ki, dövlət, AFFA tərəfindən uşaqlar üçün belə kiçik meydançalar tikilir. Mən də bura elə buna görə gəlmişəm.

- Biz bununla bağlı sualları AFFA prezidenti Rövnəq Abdullayevə verəcəyik... 
- Çempionatda son həftələr bir neçə oyun izləmişəm. Maraqlısı da vardı, maraqsızı da. Onu deyə bilərəm ki, çempionluq son turlarda “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq.

- “Bakı” ilə “Atletiko” arasında yoldaşlıq görüşünə stadiondan baxmaq imkanınız oldumu? 
- Bəli, dünən stadionda idim. 

- Oyunu necə dəyərləndirərdiniz? 
- İlk hissəni qiymətləndirmək olar. İkinci hissədə “Bakı”nın heyətində meydanda gənc futbolçular vardı. Onlara şans verilmişdi. 90 dəqiqəni nəzərə alsaq, meydandakı İspaniya çempionatından tanıdığımız “Atletiko” deyildi. Ancaq ümumilikdə götürdükdə, böyük bir futbol bayramı idi. Bu, Azərbaycan üçün çox yaxşı bir reklamdı. Bütün futbol həvəskarları dünənki oyundan həzz aldılar. Fikrimcə, daha yaxşı futbolu dünən gec saatlarında “Real”la “Borussiya” arasında izlədik. Bu 2 oyun arasında fərq hiss olunurdu. 

- Mayın 29-da Qətər yığması ilə yoldaşlıq görüşünü ölkə kubokunun finalçıları buraxacaqlar. Bu amil ardından Lüksemburqla rəsmi matç üçün müəyyənləşdirə biləcəyi taktiki sxemə əlavə problemlər yaratmayacaq? 
- Sözsüz ki, kubokun finalı çox vacibdir. Buna görə “Neftçi” ilə “Xəzər Lənkəran”ın futbolçularını Qətərə apara bilmirik. Mən də futbolçu olmuşam, özüm üçün çempionatdan sonra kubok vacibdir. 

- Yoldaşlıq görüşündə nəticə vacibdir? 
- Dəvət Qətərdən gəlib, bütün xərcləri ödəyirlər. Bizim də millidə bir sıra futbolçular ki, çempionatda daim oyun təcrübələri yoxdur. Vaqif Cavadov, Bədavi Hüseynov, Əfran İsmayılov, Əli Gökdəmir, Rüfət Dadaşovu misal göstərmək olar. Yəni bu baxımdan yoldaşlıq görüşü bizim üçün vacibdir ki, həmin futbolçulara özlərini göstərmək üçün şans verək. İkinci vacib məsələ odur ki, Lüksemburqla oyunda Rauf Əliyevlə Vüqar Nadirov bizə kömək edə bilməyəcəklər. Hər ikisi cəzalıdır. Buna görə oyun başqa futbolçuları sınaqdan keçirmək üçün bir şansdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30