29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev qonaq azarkeşlərin “Böyük oyun”a buraxılmasının yolunu göstərdi EKSKLÜZİV

PFL prezidenti Ramin Musayev qonaq azarkeşlərin “Böyük oyun”a buraxılmaması haqda qərarın qüvvədə qalmasına münasibət bildirib. Futbolxeber.az saytına verdiyi müsahibədə Musayev bu problemi yoluna qoymağın yolunu da göstərib: “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyuna qonaq azarkeşlərin buraxılmamasını mən də mənfi hal hesab edirəm. Biz çalışırıq ki, çempionata marağı artıraq. Əvəzində çempionatın bəzəyi olan bir qarşılaşmaya qonaq azarkeşlər buraxılmır. Çempionatın püşkü atılanda hər kəs ilk növbədə təqvimə baxır ki, görəsən “Neftçi” ilə “Xəzər Lənkəran” nə vaxt oynayır? Qərar qüvvədən düşə bilər. Mən hesab edirəm ki, bunun yolu var. İlk növbədə hər iki klubun rəhbərləri, eləcə də həmin klubların nəzdində olan fan-klublar rəsmi şəkildə təhlükəsizliyə təminat vermələri barədə sənəd təqdim etməlidirlər. Bu sənəd təqdim olunsa, AFFA rəhbərliyi qərarı dəyişə bilər. İndiki halda isə qərarın dəyişilməsi çətindir. Məsuliyyəti üzərimə götürə bilmərəm. Tutaq ki, mən AFFA rəhbərliyi ilə, hüquq mühafizə orqanları ilə danışdım. Dedim ki, təhlükəsizliyə təminat verirəm. Sonra isə bir bədbəxt hadisə baş versə, bu məsuliyyətin altından necə çıxacağam? Mən hesab edirəm ki, klublar dediyim kimi təhlükəsizliyi təminat etməyə boyun olsalar, qadağa qüvvədən qalxar. Biz anaların gözüyaşlı qalmasını istəmirik”.

QEYD: Ramin Musayevin geniş müsahibəsi ilə irəliləyən saatlarda saytımızda tanış ola bilərsiniz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31