24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“İnter”in baş məşqçisi: “Qarabağ” qrupda ikinci yeri tuta bilər”

"Hamıya təşəkkür edirəm. Çətin və güclü komandaya qarşı mübarizə apardıq". Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “İnter”in baş məşqçisi Valter Mazzari deyib.

 “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ikici oyununu keçirib. Təmsilçimizin rəqibi “İnter” olub. Milan şəhərində Ağdam klubu 2:0 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında Mazzari komandasının qələbəsini belə şərh edib: “Artıq bəzi futbolçularımız meydana çıxa bilməmişdilər. Palasio, Ernanes kimi futbolçular yorgun idilər. Onlar növbəti oyunlarda bizə kömək edə biləcəklər. Komandamın yaxşı oynadığını düşünürəm. Bütün görüşlərdə qələbə qazanmalıyıq. Biz növbəti mərhələyə keçməkdə iddialıyıq”.

Mazzari Qarabağın işğal olduğundan xəbərdardır: “Qarabağ”ın “Sent-Etyen”lə görüşünü izləmişəm. Çox bəyənmişdim. Bu gün komandanız yaxşı oynadı. “Qarabağ” mərhələ adlaya bilər. Hətta qrupda ikinci yeri də tutmağı bacarar. Qarabağın işğal olduğunu bilirdim. Amma bu barədə geniş danışmaq istəmirəm. Hər bir komandanın öz üslubu var. “Qarabağ” A seriyasının hansısa klubu ilə müqayisə edə bilmərəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30