19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qarabağ” az tanınmış olsa da…”

"Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. Ancaq "Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Onları analiz etmişik". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

Komandada olan problemlərdən danışan təcrübəli mütəxəssis "Qarabağ"la görüşdə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Kalyari" ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. "İnter"də lider yoxdur" fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçularımız var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi.

Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, "İnter" təcrübəli komandadır. Hazırda bütün diqqətimi "Qarabağ"la oyuna yönəltmişəm. "Kalyari" ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. "Qarabağ" az tanınmış olsa da, hazırda yaxşı formadadır. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".  

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30