25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran" "Bakı" - "Atletiko" əməkdaşlığını yüksək qiymətləndirir

 

"Xəzər Lənkəran" klubu "Bakı" - "Atletiko" əməkdaşlığına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan xəbərdə deyilir: "Azərbaycan futbolunun inkişafına xidmət göstərmək yolunda daim özünəməxsus müsbət addımları ilə fərqlənən “Xəzər Lənkəran” futbol klubu olaraq “Bakı” klubunun da, Avropanın tanınmış bir klubu ilə əməkdaşlığını yüksək qiymətləndiririk. Bu gün heyətində Avropanın bir çox tanınmış futbol ulduzlarının toplaşdığı Madrid “Atletiko”sunun İspaniya La Liqasında formalarında “Azerbaijan - Land of Fire” reklamı ilə meydana çıxmasına necə sevinmişdiksə, bu gün də, bu klubun “Bakı”nın dəvəti əsasında paytaxtımızda olmasından məmnunluq duyuruq. “Xəzər Lənkəran” klubu olaraq düşünürük ki, klublarımızın ölkəmizi və futbolumuzu dünyada tanıtdırmaq yolunda atdığı hər bir belə addım ümumi olaraq ölkə futbolumuzun inkişafına xidmət sayılmalıdır. Hazırda klublarımızın ölkə daxilində klub infrastrukturunu formalaşdırmaq xətti ilə yanaşı hazırlayıb həyata keçirdikləri “Azerbaijan - Land of Fire” kimi böyük layihələrdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Azərbaycan futbolunun inkişafına dair dövlət proqramı”na dəstək verən gözəl bir addımdır. Bir daha “Xəzər Lənkəran” klubu olaraq “Bakı” klubunun həyata keçirdiyi lahiyəni, “Bakı”- “Atletiko” (Madrid) əməkdaşlığını yüksək qiymətləndirib dost paytaxt klubuna bu yolda uğurlar arzulayırıq".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30