20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov Bernd Şusterlə görüşüb

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan almaniyalı məşhur futbol veteranı Bernd Şuster bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb. Futbolxeber.az-ın məlumatına görə, qonağı salamlayan E.Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib. Öz növbəsində B.Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.

AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb və Azərbaycan milli komandasının futbolkasının üzərinə xatirə imzası çəkib.
Baş katib AFFA-nın hədiyyələrini Bernd Şusterə təqdim edib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30