Ölkə futbolu
“Bakı”nın yeni məşqçisi: “Çalışırıq ki, komandanı ötən günlərinə qaytaraq”
“Bakı”nın məşqçilər korpusuna qoşulan İlyas Qurbanov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Bir neçə gündür gündür ki, yeni işə başlamısınız. İlk öncə bu münasibətlə sizi təbrik edirik. Bu təyinatı gözləyirdinizmi?
- Təbrik üçün təşəkkür edirəm. Bildiyiniz kimi, burada çıxış etmiş keçmiş futbolçular klub rəhbərliyinin diqqəti sayəsində futboldan kənarda qalmayıb. Mən də karyeramı bitirdikdən sonra “Bakı” futbol klubunun akademiyasında məşqçi kimi fəaliyyətə başladım. Akademiyanın müxtəlif yaş qrupları üzrə komandalarında çalışmışam. Sonuncu dəfə klubun 1999-cu il təvəllüdlülərdən ibarət komandasına rəhbərlik edirdim. Bir neçə həftə bundan qabaq klub rəhbərliyi əsas komandaya kömək etmək barədə təklif etdi. Bu mənim üçün gözlənilməz olsa da, çoxdankı arzumun gerçəkləşməsi üçün çox məmnunam.
- Əsas komandada işiniz nədən ibarət olacaq?
- Baş məşqçiyə kömək edirəm. İşim təlim-məşqlərin təşkilində iştirak, baş məşqçinin məşq planını həyata keçirməklə ona yardım etməkdən ibarətdir. Çalışacağıq ki, “Bakı”nı ötən günlərinə qaytaraq.
- Akademiyanın yetirmələri ilə Premyer Liqada uğur qazanmaq çətin olmayacaq?
- Bilirsiniz klubun akademiyasında yüzlərlə istedad var. Buradakı mühütdə böyüyən futbolçular buna çoxdan hazır idi. Bizim əsas məqsədimiz buradakı istedadları əsas komandaya cəlb edərək onların bacarıqlarını üzə çıxararaq onları Azərbaycan futboluna qazandırmaqdır. Klub rəhbərliyi gənclər üçün gözəl imkan yaradıb. Bu gün “Qarabağ”da, “Simurq”da və bir çox aparıcı klublarda “Bakı”nın yetirmələri çıxış edir. Biz buna sevinirik. Bu onu göstərir ki, klub doğru yoldadır. Klubun strategiyası milli komandalara futbolçu verməkdir. Ölkə çempionatında nəticə özü gələcək.
- Həm futbolçu, həm də məşqçi kimi “Bakı”nın uğurları üçün çalışmaq arasında hansı fərqlər var?
- Fərq böyükdür. Oynadığımız vaxtlarda işim ancaq məşq və oyunlarda iştirak etmək idisə, indi məsuliyyətimiz ikiqat artıb. Bütün komandanı düşünməli - məşq prossesini, zədəliləri, rəqibləri, psixoloji amilləri, komandanı toparlamağı, güclü-zəif nöqtələri müəyyənləşdirib onları aradan qaldırmağın yollarını tapmalısan. Bir sözlə bu işlər bir-birindən kəskin fərqlənir.
- Bir neçə ay bundan öncə “Bakı”nın “Lans” ilə əməkdaşlığı çərçivəsində Fransada təlim məşq toplanışı keçirən komandalardan biri də sizin çalışdığınız U-16 idi. Fransa təlimləri məşqçi baxışlarınızda nələri dəyişdi?
- Orada təlim-məşq toplanışı zamanı bir neçə yoldaşlıq görüşləri keçirdik. Uşaqlarımız Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini gördülər. Burada biz hamıdan güclü idik, orada isə çox zəif görünürdük. Əlbəttə, bundan nəticə çıxararaq düşüncələrimizdə inqilab etdik. Bundan əlavə 5 yetirməmiz 2 aya yaxın “Atletiko”nun bazasında oldu. Bütün bunlar uşaqlarımız üçün böyük bir təcrübə oldu. Belə bir imkanı bizlər üçün yaradan klub rəhbərliyinə başda Hafiz müəllimə bir daha təşəkkür edirik. Bu işlər davam etdirilir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
19:18
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
23.09.2026
22.09.2026
























