28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Reynaldoları milliləşdirmək yox, yetişdirmək lazımdı! YAZI

Son günlər Azərbaycan futbolunda ən aktual mövzulardan biri “Qarabağ”ın hücumçusu Reynaldonun milliləşdirilməsidir. Əslində, burada müzakirə edəsi bir şey yoxdu. AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına verdiyi müsahibədə bu haqda ətraflı danışıb. Nöqtə-vergülünə kimi məsələyə aydınlıq gətirib.

AFFA-nı ən çox tənqid (təhqir yox, tənqid!) edənlərdən biri Futbolxeber.az saytıdır. Amma etiraf edək ki, bu məsələyə görə AFFA-nı, əlaxüsus da Elxan Məmmədovu qınamaq düzgün deyil. Çünki belə bir şans olsaydı, AFFA Reynaldonu çoxdan milləşdirmişdi. Məgər, Elxan Məmmədov millimizin uğur qazanmasını istəmir? Mətbuatın önünə məyus halda çıxmaq, tənqidi suallar eşitmək kimə xoşdu ki?

Azarkeşləri anlamaq olar. Bəlkə də qaydaları bilmirlər. Amma FİFA-nın əsasnaməsində açıq şəkildə göstərilir ki, hansısa futbolçunun milliləşdirilməsi üçün həmin ölkə ilə heç bir bağlılığı olmadığı halda oyunçu, orada ən azı 5 il oynamalıdır.

“Bəs, Fabio Luis Ramim, Ernani Pereyra, Leandro Qomeş, Andre Ladaqa” sualına gəldikdə isə, nəzərə almaq lazımdır ki, o vaxt qaydalar bir qədər fərqli idi. Amma son zamanlar FİFA milliləşdirməylə bağlı məsələyə daha ciddi yanaşır. Kobud dildə desək, indi FİFA ölkələrə hər yoldankeçəni milliləşdirməyə imkan vermir.

“Reynaldo ilə Azərbaycanın heç bir bağlılığı olmadığını Elxan Məmmədov da bilirdi. Bəs, bu halda niyə AFFA-ya çağırıb, onunla görüşdü” sualını da verə bilərsiniz. Şəxsi fikrimdir ki, AFFA bu addımı mətbuat və azarkeşlərin təzyiqinin qarşısını almaq üçün etdi. Yəni, Reynaldonu milliləşdirməyin mümkünsüzlüyünü onlar da çox gözəl bilirdilər. Sadəcə, tənqiddən yaxa qurtarmaq, “biz əlimizdən gələni etdik” fikrini formalaşdırmaq üçün Reynaldonu AFFA-ya dəvət etdilər.

Digər tərəfdən də Azərbaycan millisinin uğurunu yalnız Reynaldonun milliləşdirməsində görənləri anlamaq da çətindir. Məgər, bir güllə bahar olur? Əvvəla, kim təminat verə bilər ki Reynaldo həmin inamlı çıxışını millidə də sərgiləyəcək? Axı, “Qarabağ”dan fərqli olaraq millidə Reynaldonun vurduğu qollarda böyük əməyi olan Riçard Almeyda, Çumbinyo, Leroy Corc və başqaları olmayacaq. Buna bənzər hal illər öncə də yaşanmışdı. Həmin vaxt da çoxları “Şəmkir”in heyətində xarüqələr yaradan Badri Kvaratsxeliyanın milliləşdirilməsinin tərəfdarı idilər. Yekunda da gürcü forvard milləşdirildi. Amma o, Azərbaycan millisinə heç bir fayda verə bilmədi. Digər nümunə Flavinyodur. Reynaldo kimi həmyerlisi də Azərbaycana gəldiyi ilk vaxtlarda əla oyun sərgiləyirdi. Həmin vaxt da çoxları Flavinyonun milliləşdirilərək, millimizə cəlb olunmasının tərəfdarıydı. Zaman keçdi. İndi Flavinyonu “Neftçi”dəki çıxışına görə tənqid edənlərin sayı tərifləyənlərdən daha çoxdu.   

Uzun sözün qısası, bizə Reynaldo və ya başqalarını milliləşdirmək lazım deyil. Bəli, Reynaldo yaxşı futbolçudur. Amma tək əldən səs çıxmaz. Bu gün Azərbaycan millisinə uğur qazanmaq üçün 1 yox, 11 Reynaldo lazımdı. Birini milliləşdirə bilmədiyimiz halda, 11-ini necə milliləşdirəcəyik? Geriyə bir yol qalır. Reynaldoları yetişdirmək. Azərbaycan futbolunun düzəlməsi üçün yeganə çıxış yolu məhz budur.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31