26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sent Etyen”in baş məşqçisi: "Qarabağ"a qarşı yaxşı oynadıq"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sent-Etyen" klubunun baş məşqisi Kristof Qaltye Fransa mətbuatına müsahibə verib. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, ölkə çempionatının növbəti turunda bu gün "Bordo" ilə qarşılacaqları oyun haqda sualları cavablandırarkən 48 yaşlı mütəxəssis "Qarabağ"la Bakıda keçirilən matçı (0:0) bir daha xatırlayıb: "Hədəfimiz "Bordo"ya qalib gəlməkdir. Son vaxtlar sıx qrafiklə oynayırıq. Bu, işimizi çətinləşdirir. Ancaq başqa yolumuz yoxdur. Həm ölkə çempionatında, həm də Avropa Liqasında uğur əldə etməyə çalışırıq. Təbii ki, nəticə əsas şərtdir. Ancaq bəzən yaxşı oyun nümayiş etdirsən də, qələbə qazanmaq mümkün olmur. Avropa Liqasına bir xalla başladıq. Düşünürəm ki, səfərdə "Qarabağ"la yaxşı oynadıq. Bundan sonrakı qarşılaşmalarda daha yaxşı nəticələr qazanacağımıza inanıram".

Qeyd edək ki, "Sent Etyen"in "Qarabağ"la növbəti oyunu noyabrın 27-də, Fransada keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30