20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elnur Allahverdiyev: “Foqts mənə güvənir”

“Bolqarıstanla oyundan əvvəl oyun praktikasının azlığından əziyyət çəkirdim. Elə bu səbəbdən də heyətdən kənarda qaldım. Amma milliyə çağırılacağımı gözləyirdim. Çünki ideal formada olmayanda belə, millinin heyətində meydana çıxarkən bütün gücümü ortaya qoyuram”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyev deyib.

Təcrübəli futbolçu qarşıdakı görüşlərdə Berti Foqtsdan dəvət alacağına inandığını bildirib: “Təbii ki, Bolqarıstanla oyundan sonra baş məşqçinin adımı çəkməsi, mənim yoxluğumu qeyd etməsi xoşdur. Deməli, Foqts mənə güvənir. “Neftçi”yə keçdikdən sonra daha çox oyun praktikası qazanıram. Formaya düşürəm artıq. İnanıram ki, qarşıdakı oyunlar üçün milliyə çağırılacağam. İstər İtaliya, istərsə də Xorvatiya ilə görüşdə əlimdən gələni etməyə hazıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30